Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ən çox ABU sabiq tələbələri müraciət edir

17:25 | 11.07.2024
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ən çox ABU sabiq tələbələri müraciət edir

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ən çox ABU sabiq tələbələri müraciət edir

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ən çoxmüraciət  Azərbaycan Beynəxalq Universitetinin  tələbələrindən daxil olub.  Bunu Ali və Orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov deyib. 
 
"6 min müraciətin böyük hissəsi hazırda mövcud olmayan Azərbaycan Beynəlxalq Univrsiteti ilə bağlıdır. Tələbələrin arayışları, diplomların təsdiqlənməsi və digər məsəsələr ilə bağlı müraciətlər alırıq.  Həmçinin müraciətlərin böyük hissəsi təhsil haqları ilə bağlıdır. Tələbələr təhsil haqqının ödənməsində yaranan çətinliklərlə bağlı müraciət edirlər. Bəziləri məlumatlı deyillər ki, onlar Təhsil Tələbə Kredit Fondundan istifadə edə bilərlər. Bəziləri güzəştli kateqoriyaya aid olduğunu bilmir. Görünür universitetlərdə tələbələrlə maarifləndirmə işi yetərli dərəcədə aparılmır ki, tələbəllər bizə müraciət edir", - Həmidov jurnalistlərə açıqlamasında bildirib.
 
Nazirlik rəsmisi söyləyib ki, onlara kredit sistemi ilə bağlı da çoxlu müraciətlər edilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM