Elman Abdullayev Efiopiyanın Təhsil Naziri ilə görüşdü - FOTO

10:12 | 20.04.2015
Elman Abdullayev Efiopiyanın Təhsil Naziri ilə görüşdü - FOTO

Elman Abdullayev Efiopiyanın Təhsil Naziri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Repsublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın Təhsil Naziri Şifera Şiquti ilə görüş keçirib. 

ANN.Az-a daxil olan məlumata görə, görüş zamanı Azərbaycanla Efiopiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edildi, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Eyni zamanda təhsil sahəsində əməkdaşlığın inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi vacibliyi qeyd edilib.

Görüşdə səfir Elman Abdullayev ölkəmizin təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldığını qeyd edib. Azərbaycanla Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın möhkəm təməlinin olduğu və hələ SSRİ dönəmindən bir çox Afrika ölkələrindən, o cümlədən  Efiopiyadan çox sayda tələbələrin Azərbaycan Universitetlərindən məzun olduqları qeyd edilib.

Bununla yanaşı, səfir Azərbaycan Respublikası hökuməti tərəfindən göstərilən dəstək nəticəsində azərbaycanlı tələbələr üçün xaricdə təhsil proqramının həyata keçirilməsi barədə məlumat verib.

Efiopiyanın Təhsil Naziri Şifera Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.


 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb