Elman Mehdiyev pensiya xərclərini açıqladı

16:02 | 28.07.2015
Elman Mehdiyev pensiya xərclərini açıqladı

Elman Mehdiyev pensiya xərclərini açıqladı

2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 44,8 mln. manat və ya 3,2% artaraq 1 milyard 466,5 milyon manata yüksəlib.

Oxu.Az-a DSMF-dən verilən məlumata görə, bu barədə fondun sədri Elman Mehdiyev bu gün keçirilən kollegiya iclasında bildirib. 

"Fondun xərcləri 1 milyard 457,7 milyon manat təşkil edib və bunun da 1 milyard 431 milyon manatı və yaxud 98,2%-i əhaliyə ödənişlərə yönəldilib. 

Əmək pensiyaları ilə bağlı xərclər 1 milyard 395,4 milyon manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 35,6 milyon manat təşkil edib”-deyə, sədr bildirib. 

E.Mehdiyev əmək pensiyalarının orta aylıq məbləğinin Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verdiyini bildirib:

"2015-ci il iyulun 1-nə əmək pensiyalarının orta aylıq məbləği 175,1  manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43%-dən  yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti