Elman Rüstəmov: "Antiinflyasiya şəraiti qorunur"

12:17 | 30.07.2021
Elman Rüstəmov:

Elman Rüstəmov: "Antiinflyasiya şəraiti qorunur"

Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə (4%) yaxın olacağı proqnozlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında bildirib.

"Monetar siyasət nəticəsində antiinflyasiya şəraiti qorunur. AMB-nin uçot dərəcəsi ilə bağlı son qərarından sonra 0,5%-lik defilyasiya qeydə alınıb", - deyə o, qeyd edib.

E.Rüstəmov dünya bazarında neftin 1 barelinin qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb və bu rəqəmin ilin sonuna doğru 65 dollar ola biləcəyini deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM