Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

23:59 | 01.02.2014
Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq, qurumun Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.

 

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

 

Lamberto Zannier son günlər cəbhə xəttində atəşkəsin pozulmasından narahatlığını bildirib.

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.  

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM