Elmar Məmmədyarov: “Baş verənlərdən şoka düşdüm”

12:28 | 22.07.2014
Elmar Məmmədyarov: “Baş verənlərdən şoka düşdüm”

Elmar Məmmədyarov: “Baş verənlərdən şoka düşdüm”

Elmar Məmmədyarov Malayziya təyyarəsinin qəzası ilə bağlı bəyanat veribAvropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı bəyanat verib.APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E.Məmmədyarov baş vermiş hadisədən şoka düşdüyünü bildirib.Qəza nəticəsində ölən şəxslərin ailələrinə başsağlığı verən AŞ Nazirlər Komitəsinin sədri cəsədlərin təhvil verilməsi ilə məşğul olan şəxsləri prosesin sürətləndirilməsi üçün səylər göstəməyi çağırıb.“Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf araşdırılması ilə bağlı müraciətlərə qoşuluram”, - deyə bəyanatda vurğulanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür