Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərinə yola düşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd sabah Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etməkdir. Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri planlaşdırılır. Qeyd edək ki, Azərbaycan XİN başçısının Kiyevdə erməni həmkarı Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !