Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb

17:57 | 12.12.2019
Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb

Latviyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin Prezidenti Eqils Levitslə görüşüb.

Anews.az APA-ya istinadla xəbər verir ki, görüşdə "Şərq Tərəfdaşlığı" siyasəti, Latviya və Azərbaycan arasında qarşılıqlı əlaqələr, beynəlxalq platformalarda səmərəli əməkdaşlıq və dünyada baş verən siyasi hadisələr müzakirə olunub.

Tərəflər regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafını, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
E. Məmmədyarov Latviya Prezidentinə Azərbaycana səfər etməsi ilə bağlı Prezident İlham Əliyevin dəvətini çatdırıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb