Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda sabiq xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
Uzun zamandır mediada görünməyən keçmiş nazirin fotosu sosial şəbəkələrdə də gündəmə çevrilib.
O AFFA İcraiyyə Komitəsinin 13 üzvündən biridir və federasiyada Ümumazərbaycan Futbolsevərləri İctimai Birliyini təmsil edir.
16 il Azərbaycanın xarici işlər naziri olmuş Elmar Məmmədyarov ötən ilin iyulun 16-da ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə işdən azad edilib. (yeniavaz)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !