Elmira Axundova vəzifəsindən azad edildi - SƏRƏNCAM

14:30 | 23.05.2023
Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Seymur Mərdəliyev bugünə qədər Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.
 
Elmira Axundova prezidentin sərəncamı ilə 2020-ci Ukraynaya səfir təyin edilmişdi. 

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb