Elnarə Tofiqqızının ailəsi onsuz ad gününü keçirtdi - FOTO

10:20 | 24.12.2013
Elnarə Tofiqqızının ailəsi onsuz ad gününü keçirtdi - FOTO

Elnarə Tofiqqızının ailəsi onsuz ad gününü keçirtdi - FOTO

Həkim səhlənkarlığı üzündən dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının 36-cı doğum günüdür. Amma bu il ailəsi doğum gününü onsuz qeyd etməli olub. Bu barədə Facebook-da mərhum tənqidçinin həyat yoldaşı, jurnalist Anar Niftəliyev yazıb:

“Hər il sürpriz tort alırdıq, 24 dekabrın ilk dəqiqəsində mətbəxdə şamları yandırıb, hay-küylə - “Həppi” deyə-deyə girirdik otağa... Eliş şamı söndürürdü və beləcə, sabahkı ad günü başlayırdı... Əvvəllər bunu "böyük qızlarımız" - Günel, Aygün, Məltəm (Tətə) ilə edirdik. Sonra tələbə qızlarımız, Elişin doğmaları ərə getdi, Xatun 4-5 yaşa çatdı. Artıq 3 il idi ki, 23-ü axşamtərəfi Xatunla pıçıldaşa-pıçıldaşa gecənin və sabahın planını cızırdıq. Eliş də bilirdi söhbəti, gülürdü və danışdığımız kimi, sona qədər "xəbərsiz" olurdu... Bu gün də Xatunla birgə, ənənəvi olaraq getdik tort seçməyə. İnci ilk dəfə bizə qoşuldu. Anaya tort aldıq, ondan xəbərsiz... ((( İnci təkid etdi ki, anamın şəklini gətir”. //musavat.com

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM