Elnarə Tofiqqızının ölümündə həkimlərin günahı təsdiqləndi

10:50 | 27.12.2013
Elnarə Tofiqqızının ölümündə həkimlərin günahı təsdiqləndi

Elnarə Tofiqqızının ölümündə həkimlərin günahı təsdiqləndi

 “Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyim müraciətə bu gün cavab verib və Elnarə Tofiqqızının “Medi Sina” klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib”.Bu barədə Lent.az-a zərərçəkən Anar Niftəliyev bildirib: “Bu gün Səhiyyə Nazirliyindən rəsmi məktub almışam. Məktubda qeyd olunur ki, E.Niftəliyevanın “Medi Sina Klinikası” özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb: “Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya “Medi Sina Klinikası” özəl tibb müəssisəsində “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir”.A.Niftəliyev Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, “anesteziya metodunun seçilməsi”nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: “Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb. Narkozun verilməsinin yeganə səbəbi dələduz həkimlərin əməliyyatın ağır olduğu təsəvvürünü yaratmaqla, daha çox pul almaq istəyidir. Bu qatil həkimlərin əvvəlcədən əlbir olaraq qurduqları planın faciəsini yaşayıram və Azərbaycan səhiyyəsində bu cür dələduzluqların qarşısının alınması üçün addımı artıq Baş Prokurorluq atmalıdır. Fakt ortadadır, mütəxəssislər rəy verib və cinayət işi birbaşa cənab Baş prokurorun nəzarətindədir. Ümid edək ki, Baş Prokurorluq qısa müddətdə öz sözünü deyəcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb