Elnur Allahverdiyev yenidən "Xəzər Lənkəran"da?

20:20 | 30.11.2013
Elnur Allahverdiyev yenidən "Xəzər Lənkəran"da?

Elnur Allahverdiyev yenidən "Xəzər Lənkəran"da?

Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev “Xəzər Lənkəran”a qayıdır. Futbol11.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçinin özü məlumat verib.Hazırda icarə əsasında "Qəbələ"nin uğurları üçün çalışan Elnurun icarə müddəti dekabr ayında başa çatır. Qışdan sonra hələ 6 ay “Xəzər Lənkəran”a məxsus olacaq Allahverdiyev bu mənada geri dönməlidi. Con Toşakın istefa verməsi isə Elnurun geri qayıtması üçün əlavə zəmin yaradıb. Yəni, Allahverdiyevi qışdan sonra yenidən “Xəzər Lənkəran”ın formasında görsəniz, təəccüblənməyin. Futbolçunun məsələyə münasibətinə diqqət yetirək: “Mənim “Xəzər Lənkəran”la müqaviləm var. Qışda geri qayıtmalıyam, ola bilər ki, 6 ay Lənkəranda oynadım. Amma özümü “Qəbələ”də çox yaxşı hiss edirəm. Açığını bilmək istəyirsinizsə, indi başımı itirmişəm. Özüm də bilmirəm nə olacaq. Qışa qədər gözləməli və danışıqlar aparmalıyam”.Qeyd edək ki, Elnur intizamsızlığına görə məşqçilər korpusunun və rəhbərliyin qərarına əsasən "Xəzər Lənkəran"dan göndərilmişdi. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb