Elnur Məmmədli Cüdo Federasiyasının vitse-prezidenti oldu

17:28 | 13.12.2013
Elnur Məmmədli Cüdo Federasiyasının vitse-prezidenti oldu

Elnur Məmmədli Cüdo Federasiyasının vitse-prezidenti oldu

Pekin Olimpiadasının çempionu Elnur Məmmədli Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti seçilib.ANN.Az azerisport.com-a istinadən xəbər verir ki, bu barədə qərar Milli Federasiyanın iclasında qəbul olunub.Elnur Məmmədli təyinatı ilə bağlı açıqlama verib:“Hər zaman mənə dəstək olan federasiya rəhbərliyinə və Neftçi İSM-ə təşəkkür edirəm. Şadam ki, idmanda qalmaqda davam edəcəyəm. Bundan sonra gənc nəslin yetişməsi üçün çalışacağam.İstəyirəm ki, Azərbaycanın yeni olimpiya və dünya çempionları olsun. Federasiyanın vitse-prezidenti kimi regionlara səfərlər edəcəyəm. İstedadlı yeniyetmələrin inkişafına kömək edəcəyəm. Cüdo hazırda inkişaf dövründədir. Bu dövrün davam etməsi üçün çalışmalıyıq. Ən əsas işim indi başlayır. Etimadı doğrultmaq üçün səylə çalışacağam”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür