• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Elnur Məmmədli cüdoçuların aksiyasından danışdı

Elnur Məmmədli  cüdoçuların aksiyasından danışdı
01.03.2015 18:30
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli milli komanda üzvlərinin Bakıda etiraz aksiyası keçirməsinə münasibət bildirib. 


"Qafqazinfo” xəbər verir ki, İkiqat Avropa çempionu sportpress.az-a çıqlamasında həmkarlarının düzgün addım atmadığını deyib:  "Mənə bu barədə deyəndə dedim ki, gəlin hər bir məsələni federasiyanın daxilində həll edək. Hər bir idman növündə narazılıq ola bilər. Bu adi haldır. Amma əsas onu daxildə həll etməkdir. Bu mənada cüdoçuların düzgün hərəkət etmədiyini düşünürəm. Ola bilər nədənsə narazıdırlar.

Hazırlıq baxımından problem ola bilməz. İndi şəhərin mərkəzində gözəl bazamız var. Mən olimpiya çempionu olanda heç bazamız yox idi. Məvaciblərini alırlar. Bir-iki gün gecikmə hər yerdə olur. Xarici ölkələrdə hazırlıq keçirlər. Yaxınlarda Almaniyada Qran-Pri turnirində çıxış ediblər. Federasiya rəhbərliyi bu gün hər bir məsələni həll etməyə hazırlaşır. Çünki, yayda hamımız Avropa Oyunlarında uğur qazanmaq istəyirik. Yeni iş həftəsində onlarla görüşüb bütün məsələləri müzakirə etməyə çalışacayıq”.

Qeyd edək ki, etiraz aksiyası keçirən milli komandanın üzvləri Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edir.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İdman 13:36
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
İdman 22:30
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol