• $
  • €
  • ₽
  • ₺
  • £

Elşad Abdullayevin yaydığı videodakı şəxsə hökm oxundu

Elşad Abdullayevin yaydığı videodakı şəxsə hökm oxundu
30.12.2013 13:43
 Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E. Abdullayevin iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir. M. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məcidov tutulub. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham ediliblər. Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol