Elşad İskəndərova Xarici İşlər Nazirliyində vəzifə verildi

11:40 | 09.06.2014
Elşad İskəndərova Xarici İşlər Nazirliyində vəzifə verildi

Elşad İskəndərova Xarici İşlər Nazirliyində vəzifə verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eks-sədri Elşad İskəndərova yeni vəzifə verilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, Elşad İskəndərov Xarici İşlər Nazirliyində idarə rəisi təyin olunub.
Qeyd edək ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunmuşdu. O, son dövrlər Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan əsas şəxslərdən biri idi. Vəzifəsindən azad olunandan bir neçə gün sonra E. İskəndərov  Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) baş katibi təyin edilmişdi.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün E. İskəndərovun özü ilə də əlaqə saxlayıb. O, XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib. Lakin idarənin adını açıqlamaq istəməyib:
“Nazirlə məsləhətləşdikdən sonra açıqlama verə bilərəm. Hələ ki, danışmaq istəmirəm”.
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bu barədə məlumatsız olduğunu bildirib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM