"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi son məşqini matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda yox, 8-ci kilometr qəsəbə stadionunda keçirəcək.
AZXEBER.COM xəbər verir ki, məşq sabah saat 15:00-da başlayacaq.
Qeyd edək ki, adətən qonaq komandalar oyunöncəsi son məşqlərini matçın oynanılacağı stadionda keçirirlər.
London təmsilçisinin bu gözlənilməz addımı ilə bağlı "Qarabağ" klubunun baş meneceri Asif Əsgərov qol.az-a açıqlama verib. O deyib:
"Bu, böyük ehtimalla baş məşqçinin seçimidir. Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də (oktyabr, 2015-ci il - red.) oyunöncəsi məşqi Olimpiya stadionunda yox, "Azərsun Arena"da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin. O zaman onlar şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Görünür, bu dəfə isə o, "Çelsi" üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq"
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !