“Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu

00:57 | 30.05.2019
“Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu

“Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu

Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.


Qaynarinfo xəbər verir ki, final qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib. Həlledici görüşdə azarkeşlər möhtəşəm London derbisinə şahidlik edib. İngiltərənin iki nəhəng komandası - "Çelsi" və "Arsenal" paytaxtımızda münasibətlərinə aydınlıq gətirib.


"Çelsi" rəqibdən fərqli, Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığından, "Arsenal" üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edirdi. Çünki Unay Emerinin yetirmələri yalnız bu yolla gələn mövsüm ÇL-də iştirak hüququ qazanacaqdı. Bununla Emeri həm də tarixə düşə bilərdi. "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis Bakıdan eyni nailiyyətlə ayrıla bilsə, turnirin 4 qat qalibi olacaq və yeni rekorda imza atacaqdı.


Lakin bu baş verməyib və Emeri rekorda imza atmaq şansını boşa verib. İlk yarısı qolsuz bərabərliklə başa çatan finalın ikinci hissəsində 5 qol vurulub və "Çelsi" 4:1 hesablı qələbə ilə kuboka sahib çıxıb.


Bununla da "Arsenal"ın Avropada kubok həsrəti 26 ilə yüksəlib. "Topçular" sonuncu dəfə 1993/94 mövsümündə Kuboklar Kubokuna sahib çıxaraq avrokuboklarda uğur əldə ediblər. "Çelsi" isə qitəmiqyaslı yarışlarda sonuncu dəfə 2012/13 mövsümündə sevinib. Komanda həmin mövsüm Avropa Liqasının qalibi olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM