“Çelsi” Eto'O ilə müqaviləni uzatmaqdan imtina etdi

23:28 | 10.12.2013
“Çelsi” Eto'O ilə müqaviləni uzatmaqdan imtina etdi

“Çelsi” Eto'O ilə müqaviləni uzatmaqdan imtina etdi

İngiltərənin “Çelsi” futbol klubu Samuel Eto'O ilə müqaviləni uzatmayacaq. 

Kamerunlu hücumçu ilə hazırkı müqavilə 2014-cü ilin yayında başa çatır.

 

“The Guardian” nəşri yazır ki, “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo komandanın bütün hücumçularından aşağı məhsuldarlıqları səbəbindən narazıdır. Mövsümün sonunda isə klubu məhz Eto'O tərk edəcək. Qışda isə hücum xəttinə heç bir futbolçu alınmayacaq.

 

32 yaşlı forvard karyerasını Şimali Amerikanın Baş Futbol Liqasında (MLS) davam etdirəcək. Onunla ABŞ-ın “Los-Anceles Qelaksi” və “Di Si Yunayted” klubları maraqlanır. Eto'O bu mövsüm “Çelsi”də 15 oyuna 4 qol vurub. O, İngiltərə klubuna Rusiya “Anji”sindən 6 milyon avroya keçib. 

Lent.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb