"Çelsi"də ağır itki: aparıcı oyunçusu Bakıya gələ bilməyəcək

11:31 | 27.05.2019

"Çelsi"də ağır itki: aparıcı oyunçusu Bakıya gələ bilməyəcək

"Çelsi" Bakıya daha bir ciddi itki ilə gələcək.

Publika.az İngiltərə mediasına istinadən xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante Bakıda keçiriləcək Avropa Liqasının final matçında "Arsenal"la mübarizədə komandasına kömək edə bilməyəcək.

O, son məşqində ayağını zədələyib. Diz nahiyəsindən aldığı zədə ciddi olduğu üçün final matçında oynaması ehtimalı çox azdır.
Qeyd edək ki, daha əvvəl Ruben və Loftus-Çik Kallum Hadson-Odoinin də zədə səbəbindən oynamayacağı dəqiqləşmişdi

Xatırladaq ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
"Arsenal" artıq Bakıdadır və ilk məşqini keçirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM