anews.az fanat.az-a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Antonie Konte Dieqo Kostanı heyətdə görmək istəmir.
Avropanın aparıcı liqalarında transfer pəncərəsi artıq bağlanıb. Türkiyədə isə pəncərə sentyabrın 8-də bağlanacaq. İndiki halda ispan ulduz üçün ən yaxşı variantın Super Liqa olduğu bildirilir.
Uzun müddətdi hücumçu axtarışında olan "Fənərbaxça" da bu şansdan maksimum yararlanmaq niyyətindədir. İstanbul klubu "Beşiktaş"ın istəyib, ancaq transfer edə bilmədiyi 28 yaşlı forvardı 1 illik icarəyə götürmək istədiyi deyilir. "Çelsi"nin baş məşqçinin planlarına daxil olmayan Dieqo Kostanı Türkiyə klubuna icarəyə verməyə müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, Dieqo Kosta "Çelsi"yə 2014-cü ildə "Atletiko"dan 38 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 50 milyon avroya qiymət qoyub.
Onu da qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !