C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında yeni filmin çəkilişləri üçün hazırlıq işlərinə başlanılıb.Kinostudiyadan AzərTAc-a bildiriblər ki, dövlət sifarişi ilə çəkiləcək filmin ilkin adı “Bumeranq” olacaq. Ekran əsəri İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub.Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayevdir.Yeni ekran əsəri Belarus və Azərbaycanda çəkiləcək. Çəkilişlərin yaz və yay aylarında aparılması planlaşdırılır. Hazırda filmin rejissor ssenarisi üzərində işlər görülür.Filmdə İkinci Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellərin aparılması nəzərdə tutulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !