"Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri - 13 yaşlı Şəhriyar Qurbanovdur. Əməkdaşlarımız bu oğlanı tanıdılar, AFFA-nın bazasında apardıqları axtarışdan sonra əmin oldular ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov müxtəlif yaş qrupları üzrə UGİM (Naftalan) klubunda çıxış edib. Təəssüf ki, biz həyatı yenicə başlayan 13 yaşlı yeniyetməni itirdik”.
"Report”un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
Milli assosiasiya rəsmisi futbol ailəsinin üzvünü itirdiklərini bildirib:
"Biz müvafiq olaraq, FİFA və UEFA-nı məlumatlandırdıq. Çünki Azərbaycan futbol ailəsinin üzvü həm də Avropa və dünya futbol ailəsinin üzvüdür. Borcumuz hamımızı sarsıdan faciəvi itkidən yuxarı orqanları, indiki halda, FIFA və UEFA-nı məlumatlandırmaq idi. Bu, bir daha dünyaya sübut edir ki, təcavüzkar Azərbaycan ərazisində dinc sakinlərə hücum edir”.
İcraçı vitse-prezident Ermənistan Futbol Federasiyasının (EFF) bəyanatını absurd və alçaldıcı adlandırıb. E.Məmmədov bildirib ki, hazırda EFF-ni başqa bir məsələ də narahat edir:
"İki həftə əvvəl biz UEFA-ya "Lernain Artsax” klubu ilə bağlı sorğu göndərmişik. Bizdə olan məlumata görə, bu klub əvvəlcə Xankəndidə qeydiyyatdan keçib və deməli, yalnız Azərbaycan çempionatında çıxış edə bilər. Lakin "Lernain Artsax” qeydiyyata alındıqdan sonra əvvəlcə tanınmamış Dağlıq Qarabağ Resublikaının çempionatında, daha sonra Ermənistan çempionatında mübarizəyə qoşulub. Onların bu çempionatda iştirak etmələri üçün hüquqi cəhətdən heç bir əsas yoxdur. Üstəlik, klub öncə qeydiyyatdan qanunsuz keçib. UEFA-dan bu işi araşdırmağı və klubun nə qədər legitim olduğuna dair informasiya verməyi xahiş etmişik”.
AFFA rəsmisi Avropa Liqasının pley-off mərhələsində "Legiya” və "Qarabağ” arasında Polşada keçiriləcək oyunla bağlı UEFA-ya müraciət etdiklərini də xatırladıb:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !