Əmanətçilərə 747 milyon 881 min manat ödənilib

23:55 | 08.09.2017
Əmanətçilərə 747 milyon 881 min manat ödənilib

Əmanətçilərə 747 milyon 881 min manat ödənilib

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə məlumatını açıqlayıb.

anews.az fonda istinadən xəbər verir ki, ləğv prosesində olan "Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 mln. 499 min manat olmaqla, onlardan 554 mln. 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 mln. 154 min manatı kompensasiya olunan əmanətlərdir.

Sentyabrın 7-nə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 mln. 689 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) və 3 mln. 465 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 mln. 550 min manat olmaqla, onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 99 min manatı kompensasiya olunan əmanətlərdir. Sentyabrın 7-nə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

"Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 120 mln. 400 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Parabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Parabank"ın qorunan əmanətçilərinə 43 mln. 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənilib.

"Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Zaminbank"ın qorunan əmanətçilərinə 72 mln. 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

"Kredobank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) kompensasiya ödənilib.

"Dekabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Dekabank"ın qorunan əmanətçilərinə 3 mln. 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) kompensasiya ödənilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Atrabank"ın qorunan əmanətçilərinə 14 mln. 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Qafqaz İnkişaf Bankı"nın qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) kompensasiya ödənilib.

Qeyd edək ki, ümumilikdə fond tərəfindən 11 bank üzrə 747 milyon 881 min manatdan artıq kompensasiya ödənilib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM