Əmanətlərin Sığorta Fondundan şikayət edən şəxsər çoxdur- DEPUTAT

11:09 | 05.06.2023
Əmanətlərin Sığorta Fondundan şikayət edən şəxsər çoxdur- DEPUTAT

Əmanətlərin Sığorta Fondundan şikayət edən şəxsər çoxdur- DEPUTAT

Əmanətlərin Sığorta Fondundan şikayət edən şəxsər çoxdur. Bunu iyunun 5-də keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 


"Bu Fonda nəzarət Mərkəzi Bankdadır. Amma bu Fond hazırda ayrı təşkilat kimi fəaliyyət göstərir. Hazırda Əmanətlərin Sığorta Fondundan şikayət edən çoxdur. İnsanlar bağlanan banklarda olan pullarını necə il keçməsinəbaxmayaraq ala bilmirlər. Əgər bu qurum Mərkəzi Banka tabedirsə nə üçün ayrıca fəaliyyət göstərir?, - deputat bildirib.
 
Mərkəzi Bankın sədri Taleh Kazımov deputata cavab olaraq bildirib ki, Mərkəzi Bank Əmanətlərin Sığorta Fonduna nəzarət etmir. Yalnız ödənişlərin verilməsində düzgün hesablama olmayanda müdaxilə etmək səlahiyyətindən istifadə edir. 
 
Əmanətlərin Sığorta Fondu 2007-ci il prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycanda maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
 
2020-ci il prezidentin sərəncamı ilə Tural Piriyev Fondun icraçı direktoru təyin olunub. 

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM