"Embraer" nümayəndələri qəzanı araşdırmaq üçün Aktauya gəliblər

16:56 | 27.12.2024

"Embraer" nümayəndələri qəzanı araşdırmaq üçün Aktauya gəliblər

"Embraer 190" sərnişin təyyarəsinin istehsalçısının nümayəndələri təyyarənin qəzaya uğradığı Qazaxıstanın Aktau şəhərinə gəliblər. Bu barədə  Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Çikaqo Konvensiyasının 13-cü əlavəsinə əsasən, Embraer istehsalçısının təyin olunmuş nümayəndələri Braziliyadan Aktauya gəliblər. İstintaq komissiyası qəza yerində növbəti prosesləri müəyyən edib", - nazirliyin bəyanatında açıqlanıb.
 
Bildirilib ki, Braziliyanın Aeronaviqasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin mütəxəssislərinin tezliklə araşdırmaya qoşulması gözlənilir.

Qazaxıstan rəsmiləri daha əvvəl bildirmişdilər ki, Azərbaycan Hava Yollarına məxsus qəzaya uğramış Embraer 190 təyyarəsinin qara qutularının təhlili dekabrın 27-də braziliyalı mütəxəssislərin gəlişindən sonra başlayacaq.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM