Həyata keçirilmiş monitorinqlərin nəticəsi göstərir ki, bu sahədə ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə olmayan istifadə, özbaşına tikililər, eləcə də mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsidir. Bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozurlar, bəzən isə insanlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən edilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin və ixrac boru kəmərlərinin ətrafında yaradılır.
Mühafizə zonaları ilə bağlı qanunvericiliyin müəyyən etdiyi tələblərə müvafiq qurumlar, fiziki və hüquqi şəxslərin riayət etməsi vacibdir. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə aşağıdakı tələblər müəyyən olunub:
1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 23 nömrəli qərarı ilə dəmir yolun mühafizə zonaları təsdiq edilmişdir:
- I, II, III, IV və V kateqoriyalı dəmir yolunun tökmə yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi zamanı mühafizə zonalarının ölçüləri 20-52 metr arasında dəyişir.
- Eyni zamanda dəmir yolunun mühafizə zonası dəmir yolunun kənarında, sağ və sol hissələrində yerləşən relsdən hər tərəfə hesablanır.
2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2004-cü il tarixli 18 nömrəli, 5 yanvar 2005-ci il tarixli 1 nömrəli, 30.09.2014-cü il tarixli 317 nömrəli qərarları ilə avtomobil yollarının təhkim zolağının ölçüləri təsdiq edilmişdir:
- Tökmələrdə və qazmalarda yerləşən I dərəcəli dörd hərəkətli, II dərəcəli iki hərəkətli, III dərəcəli iki hərəkətli, IV dərəcəli iki hərəkətli, V dərəcəli bir hərəkətli avtomobil yolları yatağın hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi nəzərə almaqla mühafizə zonalarının ölçüləri dəyişir.
3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il 103 nömrəli qərarı ilə Elektrik xətlərinin mühafizə zonaları təsdiq edilmişdir:
a)Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün müəyyən edilir:
Hava elektrik ötürücü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri arasında olan torpaq sahəsi;
b)Kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;
c)Hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:
Un, kV- xətlərin gərginliyi L.m - məsafələr
Un, kV |
1-20-yədək |
35 |
110 |
150 |
220 |
330-500 |
L,m |
10 |
15 |
20 |
25 |
25 |
30 |
Qeyd: kənar naqillərin (sağ və sol naqillərin meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən hesablanır.
d)Yeraltı elektrik ötürücü xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 m aralı yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi nəzərdə tutulur.
4.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.03.2000-ci il 56 nömrəli qərarı ilə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri təsdiq olunmuşdur.
Belə ki, su mühafizə zonaları aşağıdakı kimi hesabalnır:
- çaylar və göllər üzrə - yay dövründə orta illik su səviyyəsi həddindən;
- su anbarları üzrə - suyun normal yığılma səviyyəsindən;
- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə - suyun maksimum səviyyəsi həddindən;
- bataqlıqlar üzrə - onların sərhədlərindən;
Çayların başlanğıcından uzunluğu boyu su mühafizə
zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul
edilir:
- uzunluğu 10 km-dək olduqda 50 m;
- uzunluğu 10 km-dən 50 km-dək olduqda 100 m;
- uzunluğu 50 km-dən 100 km-dək olduqda 200 m;
- uzunluğu 100 km-dən 200 km-dək olduqda 300 m;
- uzunluğu 200 km-dən 500 km-dək olduqda 400 m;
- uzunluğu 500 km-dən artıq olduqda 500 m.
Göllərin və su anbarlarının su mühafizə zonalarının minumum eni aşağıdakı hədlərdə götürülür:
- akvatoriyasının sahəsi 2 kv.km-dək olduqda 300 m;
- akvatoriyasının sahəsi 2 kv.km-dən artıq olduqda 500 m;
5.Magistral və təsərrüfatlar arası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minumum eni onların su buraxma qabiliyyətindən aslı olaraq aşağıdakı hədlərdə qəbul edilir:
- 3 kb m /san qədər olduqda 5 m;
- 3-10 kb m /san olduqda 10 m;
- 10-30 kb m /san olduqda 25 m;
- 30-50 kb m/san olduqda 60 m;
- 50 kb m/san artıq olduqda 100 m.
Şəhərlərdə və yaşayış məntəqələrində təsdiq olunmuş baş plana uyğun müəyyən edilir. Bağlı kollektorlarla axıdılan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.
Çaylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni aşağıdakı ölçülərdə müəyyən edilir.
Su obyektinə bitişik kənd təsərrüfatı yerlərinin (uqodiyalarının) növləri |
Su obyektinə bitişik ərazilərin yamaclarının mailliyindən aslı olaraq sahil mühafizə zolaqlarının eni (metrlə) |
||
Əks maillik və maillik olmadıqda |
3 dərəcəyədək maillik olduqda |
3 dərəcədən artıq maillik olduqda |
|
Əkin |
25 |
50 |
80 |
Örüş, biçənək |
25 |
35 |
50 |
Meşə, kolluq |
35 |
40 |
80 |
Sututarlarının balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.
Qeyd: Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
6.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri haqqında və 2 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə "İstismar olunan ixrac neft boru kəmərlərinin” mühafizə zonalarının müəyyənləşdirilməsi haqqında Qaydalar təsdiq edilmişdir:
İxrac neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonası üçün nəzərdə tutulan torpaq sahələri:
- İxrac neft boru və magistral boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;
- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;
- çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;
- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, çoxlu sayda qarışıq boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;
- kondensatın saxlanılması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır
- baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstəriilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.
Məsləhətləşmə zonası: çay keçidinin yuxarı və aşağı axarları üçün 3 km. məsləhətləşmə zonası nəzərdə tutulur.
Məsləhətləşmə zonası Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılacaq müvafiq prosedur əsasında tənzimlənir.
Mayeləşdirilmiş qazları saxlamaq üçün QDS-də yerləşdirilmiş çənlərdən QDS-ə aid olmayan binalara və tikililərə qədər olan minimum məsafə (m)
Çənlərin ümumi həcmi m3 |
Bir çənin maksimum həcmi m3 |
Çənlərin yerləşməsi (metrlə) |
|
yerüstü |
yeraltı |
||
50-dən 200-ə qədər |
25 |
80 |
40 |
50 |
150 |
75 |
|
100 |
200 |
100 |
|
200-dən 500-ə qədər |
50 |
150 |
75 |
100 |
200 |
100 |
|
100-dən artıq,lakin 200-dən artıq olmayan |
300 |
150 |
|
500-dən 2000-ə qədər |
100 |
200 |
100 |
100-dən artıq,lakin 600-dən artıq olmayan |
300 |
150 |
|
2000-dən 8000-ə qədər |
həmçinin |
300 |
150 |
Qeyd:
1.müxtəlif həcmlərdə çənləri olan saxlama bazasına qədər ən böyük məsafə həcmli çən üzrə təyin edilməlidir.
2.QDS-ın yerüstü çənlərindən, eyni vaxtda 800-dən artıq adam ola bilən yerlərə (stadion, bazar, park və s) qədər məsafə bu cədvəldə verilmiş göstəricilərdən iki dəfə artıq götürülməlidir.
Mayeləşdirilmiş qazlar saxlanılan çənlərdən avtomobil və dəmir yollarına qədər olan minimum məsafə, (metrlə)
QDS-ın ərazisindən kənarda olan yollar |
QDS-də çənlərin ümumi həcmi m3 |
|||
200 m3-a qədər |
200 m3-dən artıq |
|||
yerüstü (m-lə) |
yeraltı (m-lə) |
yerüstü (m-lə) |
yeraltı (m-lə) |
|
Ümumi şəbəkəli dəmir yolları (çənlər tərəfdən bəndin aşağı hissəsinə,yaxud xəndəyin qırağına qədər) |
75 |
50 |
100 |
75 |
Sənaye müəssisələrinin giriş dəmir yolları, tramvay yolları (yolun oxuna qədər), avtomobil yolları (hərəkət hissəsinin qırağına qədər) |
30 |
20 |
40 |
25 |
www.ann.az