Fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev “Əmək Məcəlləsinə dəyişikliklər haqqında” 27 dekabr 2013-cü il tarixli Qanunun təsdiqi barədə sərəncam imzalayıb.Oxu.Az-ın verdiyi məlumata görə, Əmək Məcəlləsindəki dəyişikliklərdən sonra əsas yenilik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində elektron informasiya sisteminin yaradılmasının nəzərdə tutulmasıdır.Artıq işçilərin qəbulu zamanı işəgötürən uyğun əmək müqaviləsinə dair nəticəni təsdiq etməli və bu zaman elektron formada bildiriş (bildiriş 1 gündən gec olmamaq şərtilə göndərilməlidir) almalıdır.Bununla yanaşı, əmək müqaviləsində edilmiş istənilən dəyişiklik qeydiyyatdan keçəcək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron-informasiya sistemi vasitəsilə izlənəcək.Bu Qanun əhalinin əmək məşğulluğu sahəsində şəffaflığın təmin olunmasına və təqaüdlərin, eləcə də digər sosial ödənişlərin hesablanması üçün əhəmiyyətli məlumat bazasının yaradılmasına imkan verəcək.Bundan əlavə, qanunda əmək müqavilələrinin yazılı formada tərtib olunması da qeyd olunur. Bu, adətən, dövlət orqanlarına şamil olunur.Qanunun tələblərinin pozulduğu təqdirdə nəzərdə tutulan cəzalar həm cinayət, həm də inzibati-hüquq məcəllələri çərçivəsində müəyyən olunub.İşə 10 və daha çox işçi cəlb edən işəgötürən əmək müqaviləsini rəsmiləşdirmədiyi təqdirdə onu 7-10 min manat həcmində cərimə (ilk qanun pozuntusunda) və ya 3 il müddətində azadlıqdan məhrumetmə cəzası gözləyir.İkinci dəfə eyni məsələ üzrə qanun pozuntusu nəzərə alındıqda isə daha sərt cəza tədbirləri tətbiq olunacaq. Belə ki, bu zaman işəgötürən 3 ildən 7 ilədək azadlıqdan məhrum oluna bilər.Müqavilə olmadan işləməyə razılıq verən işçiləri də cərimə gözləyir. Qanunun tələbinə əməl etməyən işçilər inzibati məsuliyyətə cəlb olunacaq və aşağıda qeyd olunan formalar şəklində cərimə ödəyəcəklər: Fiziki şəxslər – 1-3 min manat, məsul şəxslər – 3-5 min manat, hüquqi şəxslər – 20-25 min manat.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !