Milli Məclisin Əmək Məcəlləsinə dəyişik edərsə 20 sentyabr Azərbaycan Dövlət Suverenlik Günü bayram günü olacaq. Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Nazirlər Kabinetinin sözçüsü söyləyib ki, hələlik bu gün iş günü olacaq. Əmək Məcəlləsində dəyişiklik edildikdən sonra rəsmi olaraq bu gün bayram günü kimi qeyd ediləcək.
Prezident İlham Əliyev sentyabrın 20-də Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
2023-cü il sentyabrın 19-da Azərbaycanda 23 saatlıq lokal antiterror əməliyyatı keçirilib. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !