• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək müqaviləsi olmadan işə götürənlərin cəriməsi artdı

Əmək müqaviləsi olmadan işə götürənlərin cəriməsi artdı
27.12.2013 19:18
Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə cərimələr artırıldı.Trend-in məlumatına görə, bununla Milli Məclisin dekabrın 27-də keçirilən iclasında İnzibati Xətalar və Vergilər məcəllələrinə dəyişikliklər edilib.İnzibati Xətalar Məcəlləsinə 53.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilən dəyişikliyə əsasən isə, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.Hər iki dəyişikliklərlə bağlı qanun layihəsi səsə qoyularaq qəbul edilib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini
Cəmiyyət 11:40
Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini
Bakıda avtomobil körpüdən yola aşıb
Cəmiyyət 11:07
Bakıda avtomobil körpüdən yola aşıb
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Cəmiyyət 10:57
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
Cəmiyyət 10:39
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cəmiyyət 10:28
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Cəmiyyət 10:11
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol