Əmək müqavilələrinin sayı 2,4% artıb - Rəsmi

10:34 | 15.10.2024
Əmək müqavilələrinin sayı 2,4% artıb - Rəsmi

Əmək müqavilələrinin sayı 2,4% artıb - Rəsmi

2024-cü ilin doqquz ayında ölkədə qeydə alınan əmək müqavilələrinin sayı 1 milyon 852 min 887 olub ki, bu da ptən ilin eyni dövrü ilə müqayisədə 2,4% artım deməkdir.  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 
 
Doqquz ayda əməkhaqqı fondunda isə 6,6% artım qeydə alınıb. 
 
Bundan öncə iqtisadiyayt naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda son 5 ildə qeyri-neft sektorunun özəl bölməsinə əmək müqavilələrinin sayı 79% artaraq 426 min olub.
 
Dövlət Vergi Xidmətinin son açıqlamasına görə, Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında 452 692 vahid artım olub. 
 
2024-cü ilin altı ayında əmək müqavilələrin sayı 43 min artaraq 1 milyon 851 min 588-ə çatıb. 
 
İyunda Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hazırda  ölkədə 65% insan əmək müqaviləsi olmadan çalışır. 
 
Deputat təklif edib ki, muzdlu işçilərin sayını artırmaq lazımdır. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM