Nazirlər Kabineti “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı”nda dəyişiklik edib.APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səlahiyyətlərindən birini itirib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün verilmiş və ləğv edilmiş fərdi icazələrin reyestrini aparmaq səlahiyyəti ləğv olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !