Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi özünü məşğulluğa üstünlük verir

15:50 | 25.11.2022
Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq idarələri tərəfindən son dörd  ildə 400 min adam özünüməşğulluqla təmin olunub. Onlar əsasən əmək yarmarkaları , əmək marafonları vasitəsilə işlə təmin olunublar. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib. 
 
"Son 4 ildə biz 400 min adamı özünü məşğulluqla təmin etmişik. Bu ilə 100 min adam deməkdir. Bir ildə 15-16 min ailə  beləliklə işlə təmin olunub", - Sahil Babayev Milli Məclisin plenar icasında 2023-cü il üçün  Dövlət Büdcəsi qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı söyləyib. 
 
Onun sözlərinə görə, nazirlik əhalinin sosial müavinatlarla təminatı deyil daha çox özünü məşğulluqla təminatına önəm verir. 
 
"Biz işsiz əhalini aktiv məşğulluq proqramlarına cəlb edilməsinə üstünlük veririk. Bizim əsas aksentimiz özünü məşğulluq, peşə təlimləri, orta maliyyələşmə proqramlarınadır. Əgər biz  işsiz əhalini sadəcə müavinatlarla təmin etsək onlar işsiz qalıb müavinat almağa üstünlük  verəcəklər. Bunu doğru saymırıq. Biz onları işləməyə sövq etməliyik",  -  nazir vurğulayıb.
 
Babayevin sözlərinə gör,  hər il nazirliyə 60-80 min adam müraciət edir. Bunları dərhal  proqramlara əclb etmək mümkün olmur.
 
"Bu adamların qeydiyyata alınması, seçimi, təlimlərin təşkili, daha sonra onlara öz işlərini qurmaq üçün niminal avadanlıqların alınması müəyyən vaxt aparır", - nazir bildirib. 
 
Onun sözlərinə görə, vətəndaşların proqramlara cəlbi tam şəffaflaşdırılıb. Onların seçimi elektron sistem vasitəsilə həyata keçirilir. Hər bir vətəndaşın adına portalda şəxsi kabinet açılır. Vətəndaşlar öz adlarını və şəxsi parollarını yazaraq onlara nə kimi aktivlərin verilməsi, hası təlimlərə cəlb olunması  və s barədə məlumatları öyrənə bilirlər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM