Əməkdar artist Rühəngiz Musəvi ilk həyat yoldaşının xəyanətindən söz açıb.
Anews.az xəbər verir ki, müğənni bu haqda ARB TV-nin "Boş anlar” verlişinin növbəti qonaq olarkən danışıb.
Əməkdar artist ilk həyat yoldaşının xəyanətindən bunları deyib:
"Düzdür, istəyib evlənmişdik. Sonra xəyanət oldu. Elə başa düşməyin ki, mən onu o dəqiqə qoyub çıxdım. Mən inanmazdım ki, o mənə xəyanət edər. Zənglər oldu özü də başqa yerdən. Elə kişilər var ki, qadını əldə etmək üçün evlənəcəm səninlə deyib, vəd verirlər. Ona görə də mən o qadını qınamadım. Qadın mənə dedi ki, sizdən ayrıldığını deyib. O qadına dedim ki, bayıra çıxanda bütün kişilər mənə baxır. Onu mən sizə bağışlayıram. Bu məndə birdən-birə olmadı. Biləndə çox stress keçirdim. Ağlayırdım”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !