Əməkdar artist evə buraxıldı

21:40 | 01.12.2021
Əməkdar artist evə buraxıldı

Əməkdar artist evə buraxıldı

Ötən həftə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilən və əməliyyat olunan Əməkdar artist Novruz Qartal evə buraxılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın Mətbuat xidməti məlumat yayıb.

"Ötən gün xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir”, - məlumatda deyilir.

Daha əvvəl N.Qartalın həyat yoldaşı Zərqələm Əliyeva "Qafqazinfo”ya açıqlamasında maddi sıxıntı çəkdiklərini, kirayədə yaşadıqlarını dilə gətirmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb