Anews.az xəbər verir ki, bu sözləri lent.az-a əməkdar artist Firuzə İbadova deyib. O bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılır: "Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min pul verdim. O da ilk əvvəl işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim. Vallah, indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar. Bu artıq 4-cü evimdir. Buradan da çıxarırlar. İnsafın olsun, ay Orxan! Pulumu qaytar! Elə bil mənim alnıma yazılıb, hamı məni aldadır. Pulumu almayana qədər ondan əl çəkməyəcəm. Orxan pulumu qaytarmasa, gedib evlərinin qarşısında "palatka" qurub, çöldə yaşayacam. Vallah, bu adam məni çox pis hala salıb, artıq dözə bilmirəm. (ağlayır) Bunların əlindən intihar edib, özümü öldürəcəm".
O.Nadirovun dostu Vüqar Bəkirov da lent.az-a müsahibə verərək, F. İbadovanın fikirlərini dəstəkləyib: "Orxan Firuzə xanımın qızını işə düzəltmək istəyirdi. Məhz buna görə də ondan 7 min pul aldı. Həmin pul da mənim yanımda İlhamə xanımın sözünə görə Orxana verilib. O pulun 2 minini Orxan mənə verdi ki, apar Firuzə xanıma ver, bir az vaxt istə. Mən həmin pulu Füruzə xanıma qaytarmışam. Mən tutulandan sonra Orxan qalan pulu mənim boynuma qoyub. Guya ki, bu pul mənə verilib. Amma həmin pulu Yasamal rayonunda Rabitə bankın qarşısında Firuzə xanım qızı ilə Orxana təqdim etdilər. Lombardı da Orxan tapmışdı. Firuzə xanım mənə yeni sənəd verdi. Bu vərəqdə qeyd edib ki, pulu yalnız Orxandan tələb edir. Məndən yox. Bu gün də Firuzə xanımın pulu olmadığına görə evindən çıxardırlar. Pulu yoxdu ki, gedib borcunu ödəsin. Qızıllarını lombardda qoydu".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !