Anews.az axşam.az-a istinadən bildirir ki, aparıcı Elgiz Əkbər Şəbnəmin övladının xəstə olduğunu, Türkiyəyə müalicəyə aparmaq üçün Emildən icazə ala bilmədiklərini söyləyib.
"Buna görə də Şəbnəm bizə müraciət edib. Biz də icazə kağızı aldıq və uşağı anası aparıb müalicə etdirdi" deyə, Elgiz bildirib.
Şəbnəm isə övladının Emil və ailəsinə göstərməmə səbəbini açıqlayıb:
"Emin oğlu ilə görüşmür. Görüşmək istəyir, mən icazə vermirəm. Uşağın 3 yaşı var, indiyənə kimi heç kim onla maraqlanmayıb. Rəhman müəllim zəng edib,, Yeni ildə demişdi ki, şənliyə gətir. Aparacaqdım, amma xəstələndi deyə, alınmadı.
Emil bir verilişdə dedi ki, Türkiyəyə köçmüşəm, uşağı göstərmirəm, uşağın dörd yaşı var. Yalandır, Azərbaycandayam, çalışıram, 3 yaşlı övladımı saxlayıram. İki işdə çalışıram: idman və musiqi.
Emili nəzərdə tutub demişəm ki, uzaq olsa yaxşıdır. Uşağını normal halda görə bilər, böyütsün. Anamgil icazə versələr, gəlib görər. Tək deyiləm, anam mənlə böyüdür uşağı. Ona övladımı göstərməməkdə səbəbim var idi, müalicə alırdı. İndi deyəsən düzəlib. Ərə gedəndə bu qədər olacağını bilmirdim. Həm də fikirləşirdim ki, insandır, düzələr".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !