Əməkdar artistin saxlanması ilə bağlı DİN-dən AÇIQLAMA

18:28 | 27.08.2020
Əməkdar artistin saxlanması ilə bağlı DİN-dən AÇIQLAMA

Əməkdar artistin saxlanması ilə bağlı DİN-dən AÇIQLAMA

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı DİN-dən Anews.az-a verilən məlumata görə, E. Abullayevanın saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddə ilə protokol tərtib olunub. Lakin saxlanılıb polis bölməsinə aparılması ilə bağlı məlumatlar əsassızdır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM