Dünən Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov əməliyyat olunmağı ilə bağlı xəbərlər yayılmışdı.
Anews.az xəbər verir ki, onların son durumu barədə "Bu şəhərdə” komandasının üzvü Müşfiq Abbasov məlumat verib.
O bildirib ki, hər iki məşhurun vəziyyəti yaxşıdır:
"Bizdə, Allaha şükür, hər şey yaxşıdır. Bir də qeyd edirəm ki, Rafael əməliyyat yox, sadəcə, endoskopik müayinə olub, loru dildə desək, mədəsini "zond ediblər”. Ciddi bir problem yoxdur, Coşqun isə burnunun çəpər əyriliyinin düzəlməsi üçün əməliyyat olunarkən müəyyən olub ki, burnunda polip və kista var. Ona görə də əməliyyat yeddi saat uzanıb, nəticədə hər şey təmizlənib və düzəlib. Diqqətə və dualarınıza görə hər birinizə təşəkkür edirik, hər şey əladır. İnşallah, Rafael də, Coşqun da sabahdan mart konsertlərimizin məşqlərinə qoşulurlar. Allah cəmi tamaşaçılarımızı qorusun”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !