Əməliyyat üçün 45000 dollar lazımdır, ailənin isə buna imkanı çatmır

21:34 | 24.11.2021
Əməliyyat üçün 45000 dollar lazımdır, ailənin isə buna imkanı çatmır

Əməliyyat üçün 45000 dollar lazımdır, ailənin isə buna imkanı çatmır

Sübhan Nurəliyev qaraciyər serrozundan əziyyət çəkir. O, 1 ay sonra əməliyyat edilməli olsa da ailənin maddi durumu buna imkan vermir, bu barədə Anews.az-a açıqlamasında uşağın anası Aliyə Süleymanova bildirib. 

"Biz Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaşayırıq. Oğlum 7-ci sinifdə oxuyur. Noyabrın əvvəlinə kimi Sübhanda xəstəliyin heç bir  kliniki əlaməti olmayıb, belə bir xəstəliyin mövcudluğundan xəbərsiz olmuşuq. Təxminən 10 gün əvvəl uşağı çimizdirəndə gördüm ki, mədəsinin üzərində balaca bir şiş var. Noyabrın 16-da 5 nömrəli Bakı Şəhər Xəstəxanasında  müayinəyə aparanda dedilər ki, qarın boşluğuna maye yığılıb. Daha sonra Əbülfəz Qarayev adına  Uşaq xəstəxanasında da eyni diaqnoz qoyuldu. Daha sonra müxtəlif analizlər verdik, bir neçə həkimin yanında olduq, hamısı da qaraciyər serrozu olduğunu dedi. Həmin müddətdən bu günə kimi biz ancaq həkimlərdəyik. Sözügedən müddət ərzində 1000 manata yaxın xərcimiz çıxıb. Hazırda özəl xəstəxanada çalışan həkimin göstərişi ilə evdə müalicə alır. 1 ay sonra Türkiyənin Antalya şəhərində əməliyyat olunmalıdır. Əməliyyatın qiyməti 45 min dollar ( təxminən 76,500 manat) təşkil edir", -  deyə Sübhan Nurəliyevin anası bildirdi.

Aliyə Nurəliyevanın sözlərinə görə, ailənin əməliyyat xərclərini qarşılayacaq imkanı yoxdur.  O bildirdi ki, dövlət qurumlarından, imkanlı şəxslərdən övladının müalicəsinə yardım etməyi xahiş edir.

"Mən işləmirəm, atası isə məhkumdur. Əməliyyat üçün deyilən məbləğ isə çox yüksəkdir. Aidiyyatı qurumlara müraciət etmişəm, lakin hələ bir cavab yoxdur. Vaxt isə gün keçdikcə qısalır. Övladımın sağlamlığına qovuşması üçün hər kəsdən yardım istəyirəm. Kömək edin ki, 13 yaşlı övladım sağalsın" , - deyə o əlavə etdi. 
 


www.anews.az
4
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM