Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi

16:58 | 11.07.2017
Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi

Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.

Əldə etdiyimiz məlumata görə, aktyora "3+” rezurslu qan köçürülməlidir.

Aktyor Yenicag.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib:

" 5 gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq”.

Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib:

"Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM