Rüstəm QasımovRəssam – bozumtulluqda gözəllik, sükutda səda, zülmətdə nur və ifadəsizlikdə emosiya axtaran ustadır. Bu günlərlə "1969" qalereyasında şəxsi sərgisi açılan, Türkiyədə yaşayan Azərbaycan rəssamı Emil Əzizin yaradıcılığını bu sözlərlə xarakterizə etmək olar.Vernisaj "Səmaların rəngləri" adlanırdı və onu "Arts Council Azerbaijan" təşkil etmişdi. Bu, Emil Əzizin həyatında vacib hadisə idi, çünki bu tədbir rəssamın Azərbaycan paytaxtı Bakı şəhərində keçirilən ilk şəxsi sərgisi hesab olunurdu. Axı rəssam artıq 17 ildən çoxdur ki Türkiyədə yaşayır, amma Azərbaycanda keçirilən qrup sərgilərində öz əl işlərini tez-tez nümayiş etdirir. Bundan başqa, rəssamın şəkilləri dünyanın bir çox məşhur qalereyalarında nümayiş etdirilmiş və ictimaiyyətdə öz orijinallığı ilə maraq oyatmışdır. Emil Əzizin məşhur dizayner Viven Vestvuda həsr edilmiş əl işlərindən biri onda böyük maraq doğurmuş və bu əsər Bakıda sərgiyə çıxarılmışdı.Sərginin adı artıq özündə intriqavari nəyisə gizləyirdi. Axı səma - rəngləri dəyişmək, çalarlarla oynamaq xüsusiyyətinə malikdir və bu da rəssamı orijinal nəsə yaratmağa təhrik edir. Qalereyanın kəndarını keçib və rəssamın şəkillərinə nəzər salıb anladım ki, sərginin adı tamaşaçıların ixtiyarına verilmiş rəsmlərə tamamilə uyğundur.Sərgiyə çıxarılmış əl işlərinin kəmiyyəti, həmçinin rəssamın təsvir etdiyi süjetlər izləyiciləri təəccübləndirdi. Fırça ustası öz əsərlərində qadının bütün gözəlliyini, zərifliyini və eyni zamanda gücünü göstərir. Qadın obrazları Emil Əzizin bir çox rəsmlərində var. Rəsmlərə baxaraq, anlayırsan ki, rəssam yalnız çox gözəl cinsin nümayəndələrini deyil, həm də təəccüblü mənzərələri, natürmortlar, həmçinin Bakı və İstanbulun limanlarını, körfəzlərini, köhnə şəhəri çəkir. Usta hətta keçmiş "Sovetski" küçəsinə, sovet dövrünün vaxtlarına, şərq bazarlarına, Məkkəyə və s. diqqət yetirir.Böyük maraq doğurmuş əl işlərinin arasında "Autumn Highlights", "Rouge", "Look Back", "Clowns Backstage", "Venus in Time", "Young Ballerina", "Scent of a Dance", "Baku Fashion Week", "Oil Fields", "USSR Memories", "Sovetsky", "Powers of Istanbul", "Silence", "Little Ashes", "Rice Fields", "Puddle", "After Fish Feast" və s. sadalamaq olar.ANN.Az əməkdaşı olaraq sərginin təşkilatçısı, məşhur rəssam və "Arts Council Azerbaijan"ın rəhbəri Dadaş Məmmədovla həmsöhbət oluruq. O, rəssamın istifadə etdiyi üslubun xüsusiyyətlərinə toxunur."Emil Əzizin yaradıcılığıyla mən çoxdan tanışam, çünki ilk dəfə deyil ki kollektiv sərgilərdə öz qalereyam "Art Villa"da onun rəsmlərini təqdim edirdi. Onun əl işlərinin əksəriyyətini dostlarımın şəxsi kolleksiyalarında görmüşdüm. Onun rəngləri, xətti və işlərindən gələn pozitivliyi həmişə tanımaq olur. Mən bu rəssamın yaradıcılığını çox sevirəm, həm də biz ailəvi dostuq. Və onun xanımı mənə müraciət edəndə ki, onlar sərgi təşkil etmək istəyirlər, mən böyük məmnuniyyətlə bütün təşkilati işləri öz öhdəmə götürdüm. Amma qeyd etmək istəyirəm ki, Əzizin xanımı da həmçinin bu sərginin təşkilində böyük rol oynadı, biz birlikdə çalışdıq. Onun rəsmləri real deyil, amma eyni zamanda əlçatandır və özünəməxsusdur. Emil sərgini öz kiçik füsunkar qızına həsr etdi. Bütovlükdə, çox parlaq ekspozisiyadır və diqqətə layiq çox işləri var", - Dadaş Məmmədov dedi.ANN.Az xəbər portalı paytaxt Bakıda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və istedadlı rəssam Emil Əzizin əl işlərini sizə təqdim edir:
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !