Emin Ağalarov boşanır

09:50 | 14.05.2020
Emin Ağalarov boşanır

Emin Ağalarov boşanır



Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilovadan ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə 41 yaşlı ifaçı sosial media hesabında toy fotosunu paylaşaraq məlumat verib. Sənətçi həyat yoldaşına qarşı olan hisslərini bu sözlərlə ifadə edib:

"Bu, həqiqətən də bizim ən xoşbəxt günümüz idi. Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Biz birlikdə çox şey keçmişik və mən sənə qarşı böyük hörmət və minnətdarlıq hissi duyuram”.


Alyona Qavrilova isə "Instagram” hesabında "Özümə gəlmək üçün mənə vaxt verin. Mənə çox ağrılı və çətindir” deyə ayrılıq xəbərinə reaksiya verib.
Qeyd edək ki, cütlük 2018-ci il iyulun 14-də ailə həyatı qurub. Onların bu nikahdan Afina adlı qız övladları var






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti