Emin Ağalarov World Music Awards mükafatına üç nominasiya aldı

18:38 | 26.11.2013
Emin Ağalarov World Music Awards mükafatına üç nominasiya aldı

Emin Ağalarov World Music Awards mükafatına üç nominasiya aldı

Müsabiqə dünyanın 160-dan çox ölkəsinə yayımlanır.

Dünyaca məşhur azərbaycanlı müğənni Emin World Music Awards mükafatının namizədləri sırasındadır.

Oxu.Az xəbər verir ki, “Best Male Artist”, “World's Best Live Act” və “Best Entertainer” mükafatları uğrunda mübarizə aparır.

Bu mükafata layiq görülən namizədlər arasında məşhur dünya ulduzlardan Pol Makkartni, Stinq, PSY, Robbi Uilyams, Enriki İqlesias və başqaları var.

Rusiya ulduzlarından isə Timati, Dilma Bilan, Filip Kirkorov namizədlər sırasındadırlar.

Qeyd edək ki, World Music Awards – beynəlxalq musiqi mükafatıdır. 1989-cu ildən bəri hər il keçirilir və dünyanın 160-dan çox ölkəsinə yayımlanır.  

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb