Əmlak alarkən aldadılmaqdan necə qorunmalı? - KÖŞƏ

13:11 | 28.11.2014
Əmlak alarkən aldadılmaqdan necə qorunmalı? - KÖŞƏ

Əmlak alarkən aldadılmaqdan necə qorunmalı? - KÖŞƏ

Rublun məzənnəsinin düşməsi ilə əlaqədar, əmlakın qiymətində artım dayanıb, hətta ucuzlaşma müşahidə olunur, buna görə də vətəndaşlar evlərin və mənzillərin əldə edilməsinə vəsait yatırırlar. Onlar rieltorlara müraciət edirlər, hazırda Bakıda rieltorlar o qədər çoxdur ki, bəzi küçələrdə 2-3 daşınmaz əmlak ofisinə rast gəlirsən. Alıcıların satıcılar və vasitəçilər tərəfindən tez-tez aldadılması halları müşahidə olunur. Bəs aldadılmaqdan necə qorunmaq olar?

Bir çox hallarda alıcılar sərfəli sazişin əldən çıxa biləcəyi və satıcının başqa alıcı tapacağı qorxusu ilə əmlak almağa tələsirlər. Adamlar qısa müddət ərzində arayış almağa və kredit götürməyə çalışırlar. Əgər alqı-satqı prosedurunun tərəflərindən biri fırıldaqla məşğuldursa, onda bu vəziyyət yalan üçün ən yaxşı imkandır, , - "MBA Consulting Group"un eksperti Nüsrət İbrahimov belə hesab edir.Hər bir rieltor və ya rieltor şirkəti müştərilərin axtarışı, bu və ya digər obyektə onların diqqətinin cəlb edilməsi üçün öz metodlarından istifadə edirlər. Amma bu üsullar nə qədər müxtəlif olsa da, sazişin bəzi detalları hamı üçün eynidir. Fırıldaqçıların tələsinə düşməmək üçün, bu əhəmiyyətli nüanslara diqqət yetirin:Təkrar bazarda ev əldə edərkən, ilk növbədə mənzilə və ya ev satıcısının mülkiyyəti haqqında sənədin qanuniliyinə, evdə qeydiyyatda olan ailə üzvlərinə diqqət yetirin, evin satıcısının və onun sahibinin arasındakı münasibətləri qiymətləndirin. Alıcı bu evdə mülkiyyət hüququna malik olan vətəndaşlardan xəbərdar olmalıdır, çünki belə mülkiyyət hüququna malik olanların sayı bir neçə nəfər ola bilər, - İbrahimov məsləhət görür."Hər gün mətbuatda "təcili satılır" qeydi ilə əmlak satışı haqqında elanlar dərc edilir. Belə elanlar özündə əlverişli saziş təkliflərini ehtiva edir. Aşağı qiymətə aldanmayın və evin sənədləri ilə diqqətlə tanış olun. Ən azı, satıcıdan soruşun ki, niyə o, elanda satışın təcililiyini vurğulayıb.Yalançıların sevimli fırıldağı eyni əmlakı bir neçə vətəndaşa satmaqdır, belə hadisələr mülkiyyət hüququ haqqında qanuni sənədlərin yoxluğu zamanı daha tez-tez baş verir. Fırıldaqçılar ilkin sənədlərdən istifadə etməklə bu əməliyyatı həyata keçirməyə çalışırlar.Həmçinin başqa adama aid olan mülkün, əvvəlcədən hazırlanmış saxta sənədlərlə və ya oğurlanmış orijinal sənədlərlə satılması halları da olur. Cinayətkar fırıldaq yolu ilə bu əmlakı öz adına rəsmiləşdirir, satır və aradan çıxır. Əgər satıcı ona əmlakın həqiqi sahibi tərəfindən verilmiş mülkiyyətin satılması haqqında etibarnaməni sizə göstərirsə, onda tələsməyin və onun bütün sənədlərini yoxlayın, - ekspert məsləhət görür.Mülkiyyətin sahibi ilə yox, etibar olunmuş şəxslə ünsiyyət zamanı necə hərəkət etməli? Bu şəxsin səlahiyyətlərini yoxlayın, əmin olun ki, mülkiyyətin sahibi həqiqətən bu şəxsə mülkiyyəti satmağı tapşırıb, verilmiş etibarnamənin əslliyini yoxlayın. Elə olur ki, bu, saxta sənəd olur və ya onun müddəti bitmiş olur, evin sahibi çoxdan vasitəçilik xidmətlərindən imtina edib və ya evin sahibi rəhmətə gedib. Yaxşısı budur, notariusa gedib, detalları müzakirə edəsiniz. Bu halda peşəkar rieltorla və ya hüquqşünasla birlikdə notariusa getmək arzuolunandır.Kamal ƏliANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM