• $
  • €
  • ₽
  • ₺
  • £

Əmlaka dəyən ziyana görə vətəndaşlara nə qədər vəsaitin ödənilməsi təmin edilib?

Əmlaka dəyən ziyana görə vətəndaşlara nə qədər vəsaitin ödənilməsi təmin edilib?
22.07.2024 12:26
2024 cü ilin altı ayında Baş Prokurorluq tərəfindən əmlaka dəyən ziyana görə vətəndaşlara 49,3 milyon manatda artıq vəsaitin ödənilməsi təmin edilib. Bu barədə Baş Prokurorluğunun altı aylıq açıqlanan hesabatında qeyd olunub. 
 
Həmçinin hesabat dövründə əvvəlki illərdən bağlı qalan 4 ağır cinayətin üstünün açılması təmin olunub. 
 
"Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunmuş, 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub", - Kamran Əliyev bildirib. 
 
Bir neçə gün öncə Baş Prokurorluq 2024-cü ilin altı ayında Bakıda 8011 cinayət hadisəsinin qeydə alındığı ilə bağlı hesabatını açıqlayınb. 

Hesabat dövründə həmçinin fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 492 min 425 manat məbləğində maddi ziyanın 3 milyon 527 min 109 manatı və ya 54,3%-nin ödənilməsi təmin edilib. 
 
Bundan əvvəl Daxili İşlər Nazirliyi altı ayın hesabatını açıqlayaraq bildirib ki, 2024-cü ilin altı ayında ölkədə  18 518 cinayət faktı qeydə alınıb.  
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol