Braziliyada keçirilən futbol üzrə dünya çempionatı başa çatandan sonra Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) turnirin 576 milyon dollara bərabər mükafat fondunu 32 komanda arasında onların çıxışlarından asılı olaraq bölüşdürəcək.
ANN.Az “AzerTac”a istinadən xəbər verir ki, ən böyük məbləğ mundialın qalibi Almaniya yığmasına çatacaq. Bu komanda Rio-de-Janeyrodan 35 milyon dollar alacaq. Finalda uduzmuş Argentina komandası qalibdən 10 milyon dollar az alacaqlar. Dünya birinciliyinin bürünc mükafatçıları – Braziliya və Hollandiya yığmaları hərəyə 22 milyon, dörddə bir final mərhələsinə çıxmış komandalar isə hərəyə 14 milyon dollar alacaq.
Bundan əlavə, təşkilati xərclərin kompensasiyası kimi hər komandaya 1,5 milyon dollar ödəniləcəkdir. Bütün vəsaitlər müvafiq milli federasiyaların hesablarına köçürüləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !