ABŞ-lı sosial araşdırmaçı Braziliyada keçirilən XX dünya çempionatının qalibi olacaq ölkənin adını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-lı sosial araşdırmaçı Neyt Silver 2012-ci il ABŞ-dakı prezident seçkilərində verdiyi proqnozla tanınır. 36 yaşlı Silver verdiyi proqnozların düz çıxmasına görə "statistika kralı" adlandırılır.
"Statistika Kralı" bloqunda yazdığı proqnoz futbol azarkeşlərini həyəcanlandırıb. Silverin hesablamasına görə, 2014-cü il Dünya Çempionatının qaklibi ev sahibliyi edən Braziliya olacaq.
O, Brazilya yığmasının 45% qazanma şansının olduğunu bildirib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !