Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunlara yekun vurulub.Apasport.az saytının məlumatına görə, mərhələnin növbəti görüşləri İspaniya və Fransada baş tutub. Hər iki matçda meydan sahibləri son dueldəki məğlubiyyətin qisasını alıblar. Ötən mövsüm yarımfinalda üz-üzə gələn “Real” və “Borussiya” növbəti sınağa çıxıblar. İspaniyalılar həmin məğlubiyyətin (1:4, 2:0) əvəzini çıxmağa çalışıblar və rəqibin qapısından 3 cavabsız qol keçirərək buna nail olublar. Digər matçda isə PSJ “Çelsi”ni qəbul edib. Avrokuboklarda 10 ildən sonra üz-üzə gələn rəqiblər ilk matçı Parisdə keçiriblər. 2004-cü ildə bu arenada 3:0 hesabı ilə qalib gələn ingilislər bu dəfə 3:1 hesabı ilə məğlub olublar. 1/4 final, ilk oyunlar2 aprel“Real” (Madrid, İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 3:0Qol: Bale, 3; İsco, 27; Ronaldo, 57 PSJ (Fransa) – “Çelsi” (İngiltərə) - 3:1Qol: Lavezzi, 4; Luiz (avtoqol), 61; Pastore, 90 - Hazard, 27
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !